Korporativ naharın
yeni tərzi
BURDA - ofislər və iş mərkəzlərində çalışan korporativ əməkdaşlara freş və balanslı qidaları daha əlçatan etməyi hədəfləyən innovativ qida brendidir. İş məkanlarınızda yerləşən BURDA soyuducularından əldə etdiyiniz geniş çeşidli qidalar ilə naharınız sürətli və rahat olacaq.
Günlük dəyişən geniş çeşidli menyu
Əməkdaşlar iş yerlərini tərk etmədən günlük 40 çeşiddən çox qidanı bir neçə saniyədə iş yerlərindəki BURDA soyuducularından əldə etmək imkanına malikdirlər. Həmçinin BURDA tətbiq vasitəsilə günlük və həftəlik menyunu izləyə, abunəlik əsasda nahar yeməklərini öncədən planlaya bilərlər.

Necə edirik?
BURDA vitrininin quraşdırılması:
Ofis və ya iş mərkəzinizdə BURDA vitrinini quraşdırırıq.
Qidaların stoklanması
Gündəlik olaraq qidaları iş məkanınıza çatdırır və vitrinlərdə stoklayırıq.
Davamlı xidmət
İş saatları ərzində davamlı dəstək xidməti göstəririk.
Menyu izlənilməsi və planlanması
BURDA tətbiqi vasitəsilə günlük və həftəlik menyu izlənilməsi, abunəlik əsasda nahar planlanmasını təmin edirik.


Modellər
Ofis modeli
Freş və balanslı qidalar 7/24 ofisinizdə
Şirkətlərin ofislərində yerləşdirilən 1-3 kvadrat metr ərazini əhatə BURDA soyuducularından şirkət əməkdaşları günün istənilən saatında seçdikləri freş və balanslı yeməkləri BURDA tətbiqi ilə bir neçə saniyədə əldə edə və iş yerlərini tərk etmədən naharlarını rahat şəkildə edə bilərlər.

Biznes mərkəzi modeli
Biznes mərkəzlərinin foyesində yerləşdirilən 3-6 kvadrat metr ərazini əhatə edən BURDA satış nöqtəsindən əməkdaşlar istər applikasiya vasitəsilə istərsə də yerindəcə satıcılara ödəniş etməklə seçdikləri qidaları əldə edə bilərlər.

Mağaza modeli
Daha böyük ərazini əhatə edən bu modeldə müştərilər hazır freş və balanslı qidaları bir neçə saniyədə əldə etməklə həm take-away formada özləri apara həmdə əyləşərək yerindəcə nahar etmək imkanına malikdirlər.

Üstünlüklər

Əməkdaşlar üçün üstünlüklər
- •Günün istənilən vaxtında yemək almağın mümkünlüyü
- •Nahar fasilələrində yeməyə sərf olunan vaxta qənaət
- •Tətbiq vasitəsilə ofisdə sürətli və birbaşa ödəniş
- •Geniş çeşidli və yüksək keyfiyyətli menyu
- •Tətbiq vasitəsilə abunəlik əsasda nahar planlanması

Şirkət üçün üstünlüklər
- •Əməkdaşların freş qidalara birbaşa ofisdə çıxışını təmin etmək
- •Əməkdaşların məmmunluğunun artırılması
- •Quraşdırma və digər investisiya xərclərinin olmaması
Xidmətimizdən yararlanan şirkətlər








































Digər Xidmətlər
BURDA Kofe
Özünəxidmət kofe aparatımız ilə ofisləriniz və iş mərkəzlərinizdə kofenizi avtomatik ödəniş ilə bir neçə saniyədə əldə edə və iş yorğunluğunuzu çıxarda bilərsiniz.
Xidmət üçün bizə yazın
Keyterinq xidməti
Şirkət daxili özəl günlər, team building tədbirləri və digər işguzar görüşlər üçün yüksək keyfiyyətdə korporativ keyterinq, furşet və kofe break xidmətlərimiz mövcuddur.
Xidmət üçün bizə yazın

Nəticələrimiz

Haqqımızda müştəri rəyləri
- “
BURDA brendi ilə əməkdaşlıqdan çox məmnunuq! Gülərüz personalı, müxtəlif və keyfiyyətli qida seçimi, o cümlədən sağlam və vegan alternativləri ilə bütün əməkdaşlarımızın zövqünə uyğun seçimlər təklif edir.
Esmira IbrahimovaAztelco Group MMC: Group HR Director - “
Hər şey əla və gözəldir. Xoş ünsiyyət gözəl rəftar gülərüz qarşılama. Yeməklərin dadına və qablaşmasına söz ola bilməz. Gigiyenik cəhətdən qablaşmaya çox yaxşıdır.
Hüseyn RəsulovGreen Plant MMC: Satınalma üzrə mütəxəssis - “
FMG şirkətinə məxsus plazalarda BURDA brendinin tətbiqindən olduqca məmmunuq. Ofisdə əməkdaşlar böyük məmmunluq ilə yemeklərin keyfiyyəti razılıq bildirir və təklif olunan üstünlüklərdən yararlanırlar.
Kamila XuduzadəFMG: Icarə departamenti mütəxəssisi

Burda tətbiqini IOS və Android platformalarında yüklə